Dünyanın ən xöşbəxt ölkələri reytinqində Gürcüstan 119-cudur
Gürcüstan dünyanın ən xöşbəxt ölkələr
siyahısında 119-cu yerdə qərarlaşıb.
Bu barədə BMT-nin "World Happiness Report 2019" hesabatında
bildirilib.
Qeyd etmək lazımdır ki, təşkilatın ötən ilin tədqiqatlarında
Gürcüstan 128-ci yerdə idi.
Tədqiqatçılar reytinqi hazırlayan zaman sosial dəstək, orta ömür
uzunluğu, vətəndaşın azadlığı və rüşvətxorluğun səviyyəsi kimi
amilləri nəzərə alıblar.
Dünyanın ən xöşbəxt ölkəsi olaraq Finlandiya seçilib. Finlandiya
7,769 bal ilə reytinqin ilk pilləsində qərarlaşıb.
İkinci və üçüncü yerləri Danimarka və Norveç tutur. Dördüncü və
beşinci yerlərdə isə İslandiya ilə Niderland mövqe tutub.
Gürcüstanın qonşu ölkələrinə gəlincə isə Azərbaycan 90-cı yerdədir,
Ermənistan 116-cı, Rusiya 68-ci, İran 117-ci, Türkiyə isə,
79-cudur.
Siyahıda sonuncu isə Cənubi Sudandır.