"Əgər siz gəlirnizin 10%-dən çoxunu oyunlara xərcləyirsinizsə bank sizə kredit verməyəcək"
“Əgər siz
gəlirinizin 10%-dən çoxunu oyunlara xərcləyirsiniz bank sizə kredit
verməyəcək”
– bu
haqda “Cəmiyyət və Bankların” təsisçisi Giorgi Kepuladze Palitra
radiosnun “Saqme” verlişində bildirib.
“Biz tez-tez monitorinq edirik ki, vətəndaşa niyə
kredit verilmir, hələ ki, tənzimləmələr fonunda adamlara inkar
cavabı tez-tez verilir. Səbəb isə odur ki, onların müəyyən
dövriyyəsi oyunlar şirkti ilə əlaqədardır qeydə alınıb.
Bu son dövrdə baş verir, amma bankların siyasəti istiqamətində ona
qədər də yetərli dərəcədə konservativ və ciddilik var idi.
Gəlirinin 10%-dən çoxunu oyunlara, totalizatora və ya internet
kazinoya xərcləyən istifadəçiyə qayda olaraq inkar cavabı gəlirdi.
Çünki bank üçün riskli istifadəçilər var. Bankın özünün əməkdalıarı
üçün isə oyun biznesi ilə hansısa əlaqə qadağandır çünki bu da risk
daşıyır” – Kepuladze bildirib.
Nəticədə isə Kepuladze bildirib ki, “gürcü oyun biznesi özünə
plastik kartlar yaradıb və məbləğin dövriyyəsi bağlanıb və bank
arayışlarında görsənmir”.
Onun qiymtələndirməsinə görə bunun hamısı istifadəçinin maddi
vəziyyətinin analizini, bank riskinin artmasını çətinləşdirir və
daha çox adamın borclu qalmasına səbəb olur.