Sandra Rulovs – Sizə söz verirəm ki, 19 may tarixində İvanişvili yata bilməyəcək, bütün gecə narahatçılıq keçirəcək
Sizə söz verirəm ki, 19 may tarixində İvanişvili yata bilməyəcək, bütün gecə narahatçılıq keçirəcək, – Bu barədə Zuqdidi meri vəzifəsinə namizəd Sandra Rulovs Qanmuxuri amfiteatrında sakinlərlə görüşü zamanı bildirib.

Onun dediyinə görə, Zuqdidini “üç feodal” – Qia Danelia, Razmir Dzimtseişvili və Edişer Toloraia idarə edir.

“Təəssüf ki, bu gün Zuqdididə cinayətkarlıq və rüşvətxorluq hakimiyyətdədir. Əvvəlki mer Laşa Qoqia həbsxanadadır, hazırda isə “üç feodalımız” var – biri Bələdiyyə Məclisinin üzvü Qia Daneliadır ki, o, da xalqa kömək etmək barəsində deyil, telefonla Zuqdidililəri hansı üsulla qorxutmaq barəsində söhbət edir. O, deyir “sən öz bildiyini elə, mən də öz bildiyimi edəcəyəm və “koroçe” 50+1 səs ortaya qoyacağam.” Feodallardan biri bax belə danışır. İkinci feodal isə hansısa Dzimtseişvilidir ki, o, da yüzlərlə hektar torpağı mənimsəyib. Üçüncü feodal isə bizim üçün yaxşı məlum olan Edişer Toloraiadır. O, 2016-cı ildə majoritar mandatı qəsb edib. Onları Zuqdidililərin ehtiyacı maraqlandırmır. Xalq məni əvvəlcədən təbrik edir, bu gün şampan şərabı da açdılar, mən həqiqətən hiss edirəm ki, bizim komanda qalib gəlib. Zuqdidi İvanişvilisiz olacaq. Biz burada İvanişvilini məğlub etsək, bu, onun sonunun başlanğıcı olacaq. Sizə söz verirəm ki, 19 may tarixində İvanişvili yata bilməyəcək, bütün gecə narahatçılıq keçirəcək”, – Sandra Rulovs deyib.

10 Mixeil Saakaşvili barəsində də söhbət edib və bildirib ki, Mixeil Saakaşvili demək olar ki, emiqrantların prezidentidir.

“Biz emiqrantlar barəsində söhbət edirdik. Siz bilirsiniz ki, mənim həyat yoldaşım demək olar ki, emiqrantların prezidentidir, Gürcüstanı 2 milyon adam tərk edib və bu adamlar Mişanın görüşünə ürəklə gedirlər və ümid edirlər ki, Mişa da onlarla bərabər evə qayıdacaq”,
– Sandra Rulovs bəyan edib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები