Zuqdididə 6 nəfər xəsarət alan yeniyetmədən birini Tbilisiyə reanomobillə gətiriblər
Kaxeti-Zuqdidi yolunda baş vermis qəza nəticəsində 6 nəfər yeniyetmə xəsarət alıb. Onlardan biri sünii nəfəs aparatına qoşulub və o, Tbilisiyə reanomobillə gətirilib.

Zuqdidi Referal Xəstəxanasının həkimi Maia Esabuanın dediyinə görə, yol nəqliyyat hadisəsindən sonra bir yeniyetmə sünii nəfəs aparatına qoşulub. Biri isə qarın nahiyəsindən xəsarət alıb və əməliyyat blokundadır. Qalan yeniyetmələrin vəziyyəti stabildir.

Sünii nəfəsdə olan yeniyetməni Mərkəzi Xəstəxanaya yerləşdiriblər. Həkimlərin izahatına görə, ona bütün lazımi yardımlar edilib ancaq vəziyyəti stabil ağırdır.

Hadisə dünən 16 mayda baş verib. Polisin məlumatına görə istintaq CM-nin 276-cı maddəsinin ikinci hissəsi ilə başlanılıb.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google