NDİ-ın araşdırmasına görə "İmediyə" "Rustavi 2"-dən daha çox adam etibar edir
20 mayda yayımlanan NDİ-ın araşdırmasına əsasən “İmedi” telekanlına əhalinin 32%-i, “Rustavi 2”-yə 28%-i, TV “Pirveli”yə isə 4%-i etibar edir. Etibar etmənin hər ikisi 3% olmaqla Azərbaycan Televiziyası AzTv və İctimai Yayımçının Birinci kanalına, 2% isə erməni dilli Armenia TV-nin payına düşüb.

Araşdırmanın əsas kəşflərindən biri də odur ki, əhalinin 19% heç bir telekanala etibar etmir.



Həmin araşdırmaya görə əhalinin 72%-i üçün siyasi və hazırda baş verən hadisələr haqqında məlumat əldə erməyin ilkin mənbəsi televiziya, 21% üçün isə internet/Facebookdur. Sonra 3%-lə qonşular/dostlar, 2% ailə üzvləri və 1% əməkdaşlar gəlir.

Qazet və jurnalların ilkin məlumat alma mənbəsi olduğunu isə 1% qeyd edib.

Araşdırma 2019-cu ilin 28 mart-15 aprel dövründə, Gürcüstan miqyasında 2927 canlı müsahibə əsasında, ölkənin gürcü, erməni və azərbaycanlı əhalisi arasında aparılıb (işğal olunan əraziləri istisna etməklə). Araşdırma eləcə də Azərbaycanlı və erməni məntəqələrdə də keçirilib. Sorğunun səhv olma ehtimalı +/-2,3 faizdir.

NDİ-ın araşdırmaları Böyük Britaniya hökumətinin UK aid-in maliyyə dəstəyi ilə həyata keçirilir və araşdırmanı CRRC Gürcüstan aparır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google