Gürcüstan azərbaycanlılarının 57%-i Gürcüstanın NATO-ya üzv olmaq üçün hazır olub olmamasını bilmir
Milli Demoqrafiya İnstitutu (NDİ) bu gün, 20 mayda ictimaiyyətin fikri ilə bağlı araşdırma təqdim edib. Araşdırma əsasən əhalinin Qərb inteqrasiyasına hazırlığı ilə bağlıdır.

NDİ-ın araşdırması bütün Gürcüstan miqyasında keçirilib və onlar arasında məqsədli qruplardan biri etnik Azərbaycanlılardır.

Araşdırmaya əsasən etnik Gürcüstan vətəndaşı olan Azərbaycanlıların 39% hesab edir ki, Gürcüstan hökumətinin Gürcüstanın NATO-ya üzv olması bəyanatı qəbul ediləndir. Gürcüstan hökumətinin bəyanat verdiyi məqsədə etnik Azərbaycanlıların 19% qəbuledilməz adlandırır, 41% isə bilmir.

Etnik Azərbaycanlıların əksəriyyəti, 57%-i Gürcüstanın NATO-ya üzv olmağa hazır olub olmamasını bilmir. 17% hesab edir ki, Gürcüstan hazıdır, 25% isə deyir ki, hazır deyil.

Araşdırmaya görə etnik Azərbaycanlı əhalinin 47%-i Gürcüstanın NATO-ya niyə üzv ola bilmədiyini bilmir. 23%-in fikrinə görə səbəb Gürcüstanın ərazi konfliktidir, 19% hesab edir ki, NATO-ya üzv olmağa mane olan faktor Rusiyadlr, 4% isə hesab edir ki, demokratiya aşağıdır.



Araşdırma 2019-cu ilin 28 mart-15 aprel dövründə, Gürcüstan miqyasında 2927 canlı müsahibə əsasında, ölkənin gürcü, erməni və azərbaycanlı əhalisi arasında aparılıb (işğal olunan əraziləri istisna etməklə). Araşdırma eləcə də Azərbaycanlı və erməni məntəqələrdə də keçirilib. Sorğunun səhv olma ehtimalı +/-2,3 faizdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google