İstintaq Xidməti qrup şəklində saxta vergi sənədlərinin hazırlanması və istifadə etməsi faktı ilə bağlı bir nəfəri saxlayıb (VİDEO)
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları aparılan operativ əməliyyat nəticəsində qrup şəklində saxta vergi sənədlərinin hazırlanması və istifadə etməsi faktı ilə bağlı bir nəfəri saxlayıb.

İstintaq müəyyən edib ki, müttəhim köməkçiləri ilə birgə, qanunsuz olaraq maddi gəlir əldə etmək məqsədi ilə sosial müdafiəsiz və müxtəlif ağır kateqoriya üçün mühakimə olunmuş şəxslərin adına, Gürcüstan miqyasında 10-dan artıq şəxsi qeydiyyat edib. Onların vasitəsilə saxta dəmir alveri edirmiş və bu zaman dövlət büdcəsindən əlavə dəyər vergisinin qanunsuz hesab edilirmiş, sonradan isə büdcəyə qarşı yaranan öhdəliklər örtülürmüş.

İstintaqın indiki mərhələsində müəyyən edilib ki, qanunsuz hesab olunan əlavə dəyər vergisinin qədəri 1 200 000 laridən artıqdır. İstintaq cinayətdə müzakirə olunan şəxslərin müəyyən edilməsi məqsədi ilə davam edir.

İstintaq Gürcüstan CM-nin 210-cu maddəsinin birinci və ikinci hissələri ilə aparılır. Maddə cəza olaraq 4-dən 7 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Mənbbə: is.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google