Mtsxeta yaxınlığında qəza baş verib, 2 uşaq xəsarət alıb
Tbilisi-Senaki-Leselidze avtomobil
maqistralında Mtsxeta yaxınlığında qəza baş verib.
Qəzada 2 uşaq xəsarət alıb. Hər ikisi
xəstəxanaya yerləşdirilib.
DİN-dən bildirirlər ki, qəza zamanı maşında 3 nəfər olub. Sürücü
islanmış şüşəyə görə sükanı idarə edə bilməyib və ağaca dəyib.
İstintaq Gürcüstan Cinayyət Məcəlləsinin 276-cı maddəsinin ikinci
hissəsi ilə aparılır. Maddə sürücü tərəfindən avtomobil, tramvay,
trolleybus, traktor və ya başqa mexaniki nəqliyyat vasitəsinin
hərəkəti zamanı təhlükəsizlik və istismar qaydalarının pozulmasını
nəzərdə tutur.