Məktəbə İaqob Qoqebaşvilinin "Ana dilini" qaytarmaq savadsızlıqdır - Berdzenişvili
“Respublikaçılar partiyasının” üzvü, filologiya üzrə alimliyə namizəd Levan Berdzenişvilinin bəyanatına görə məktəbə İaqob Qoqebaşvilinin “Ana dilinin” qaytarılması ziyankarlıqdır.

“Gürcüstanın baş-naziri və təhsil və başqa bir çox nazirlər məktəbə Qoqebaşvilinin dərsliyini qaytarmaqla ziyankarlıq edirlər. Dil hər gün dəyişir və uşaq müasir dil öyrənməlidir. Kor etdikləri yetmədi və indi də bizim övladlarımızı lal etməyə çalışırlar. Cənab linqvistlər, alimlər, bu savadsızlığa qarşı səsinizi çıxarın” – Levan Berdzenişvili sosial şəbəkədə yazıb.

Dünən Baş-Nazir Mamuka Baxtadze bəyanat verib ki, sentyabrdan Gürcüstanın ictimai məktəbləeinə İaqob Qoqebaşvilinin “ana dili” qayıdacaq. Dərsliyin adaptasiya olmuş versiyası bütün birinci siniflərə veriləcək.

Mənbə: reginfo.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები