Gürcüstanda hansı rəngdə avtomobillər daha populyardır – statistika
2019-cu ildə
Gürcüstanda ümumilikdə 87 558 nəqliyyat vasitəsi qeydiyyatdan keçib
ki, bunların da əksəriyyəti ağ və boz rəngli
avtomobillərdir.
Bu haqda məlumatı
bm.ge-ya DİN-nin Xidmət Agentliyindən veriblər.
Rəsmi göstəricilərə görə ötən il 25 099 – ağ rəngli və 25 426 boz
rəngli avtomobil qeydiyyatdan keçib. Sayına görə üçüncü yerdə 15
468 avtomobillə qara rəngdir. Dördüncü yeri isə 8197 avtomobillə
göy rəngli nəqliyyat vasitələri tutur.
Digər rənglərə gəlincə, ötən il 6116 qırmızı, 2 377 yaşıl, 1997
sarı, 1595 palıdı, 1073 narıncı, 210 bənövşəyi rəngli avtomobil
qeydiyyatdan keçib.
2018-ci ildə də populyarlıq baxımından rənglərin reytinqi demək
olar eyni idi. 2018-ci ildə cəmi 79 947 nəqliyyat vasitəsi
qeydiyyatdan keçmişdi. Onların rəngi belə idi:
Boz - 23 514
Ağ - 22 898
Qara - 14 312
Göy - 7682
Qırmızı - 5527
Yaşıl - 1743
Palıdı - 1614
Sarı - 1537
Narıncı - 912
Bənövşəyi - 207.
Mənbə:
bm.ge