Tetritskaro bələdiyyəsinin Kosalar kəndində yaşayan qadınların bir
qismi üçün yeganə gəlir mənbəyi xalça toxumaqdır.
Tərlan Qocayeva və Minaya Ramazanova 13 yaşlarından Borçalı
xalçalarını toxumağa başlayıblar. Onların hər ikisinə xalça
toxumağı nənələri öyrədib və ondan sonra əcdadlarının ənənəsini
davam etdirirlər.
Nənələrindən öyrəndikləri sənət bu gün qadınların yeganə gəlir
mənbəyidir.
“Koronavirusa görə, çətin vəziyyət idi. İpləri Bakıdan
gətirirdilər, virusa görə gətirə bilmədilər”, –
Tərlan Qocayev deyir.
Daha ətraflı ↓