Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb
Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, 15 oktyabr tarixinə Gürcüstanda cəmi 1 899 938 peyvənd vurulub.

Ölkədəki 1 007 399 insan 1 dozada peyvənd edilib - yetkin əhalinin 35.5%-dir.

892 min 410 nəfər tam peyvənd olunub - yetkin əhalinin 31,2%-ni təşkil edib.

Oktyabrın 14-də 3843 nəfər peyvənd edilib.

Məlumat üçün bildirək ki, son 24 saat ərzində Gürcüstanda 3270 yeni koronavirus infeksiyasına yoluxma faktı təsdiqlənib.

26 xəstə dünyasını dəyişib. 1 298 nəfər isə sağalıb.

Mənbə: report.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google