Dövlət Müfəttişliyi Xidməti, Rustavi N17 saylı Cəzaçəkmə
Müəssisəsində baş verən yanğın nəticəsində məhkumların ölümü ilə
bağlı araşdırmalara başlayıb.
İstintaq yanğın təhlükəsizliyi qaydalarının mümkün pozulması və
Xüsusi Penitensiar Xidmətin əməkdaşı tərəfindən müəyyən edilmiş
qaydalara əməl edilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə
bağlıdır.
Qurumdan verilən məlumata görə, istintaq Xüsusi Penitensiar
Xidmətdən alınan bildiriş əsasında Gürcüstan Cinayət Məcəlləsinin
243-cü maddəsinin 3-cü hissəsi və 342-ci maddəsinin 2-ci hissəsində
nəzərdə tutulmuş cinayət zəminində başlayıb.
“Cinayət işində istintaq hərəkətləri gücləndirilmiş
rejimdə aparılır:
Hadisə yerinə baxış keçirilib;
Tibbi müayinə təyin edilib;
Yanğın yeri müvafiq mütəxəssislərin iştirakı ilə yoxlanılır, bundan
sonra yanğın-texniki ekspertizası təyin olunacaq;
İşdə iştirak edən şəxslər dindirilir;
N17 saylı müəssisənin içərisində və xaricində yerləşən video
müşahidə kamerası qeydlərinin hakimin qərarı əsasında tələb
edilməsi üçün Xüsusi Penitensiar Xidmətə müraciət edilib.
Dövlət Müfəttişliyi Xidməti səmərəli araşdırmanın təmin edilməsi
üçün bütün zəruri istintaq və prosessual hərəkətləri həyata
keçirəcək”, - deyə məlumatda bildirilib.