Güclü Azərbaycan güclü Gürcüstan deməkdir – Rustavi şəhər merinin müavini
“Rustavini azərbaycanlı bacı və qardaşlarımızla birgə qurmuşuq və şəhərin inkişafına töhfə vermişik”.

Bunu Rustavi şəhər merinin müavini David İşxneli Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümü münasibətilə ilə keçirilən marafonun mükafatlandırılma mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gürcülər azərbaycanlılarla dostluğa böyük dəyər verir:

“Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edirəm. Dost və qardaş xalqa inkişaf və tərəqqi arzulayıram. Güclü Azərbaycan güclü Gürcüstan, güclü Gürcüstan isə güclü Azərbaycan deməkdir”.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google