Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin
ikinci turunda 2 milyon 088 min 722 seçici iştirak edəcək.
Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat
katibi Natiya İoseliani bildirib.
Onun sözlərinə görə, MSK seçici siyahılarında dəqiqləşmə aparıb və
təkrar səsvermədə iştirak edəcək seçicilərin siyahısını tərtib
edib. Seçicilərin 1 milyon 002 min 525-i paytaxt Tbilisinin payına
düşüb.
Qeyd edək ki, seçkilərin ikinci turu oktyabrın 30-da paytaxt
Tbilisi də daxil olmaqla, 5 şəhərdə, 15 bələdiyyəni əhatə edən 24
seçki dairəsində keçiriləcək.