Azərbaycanda istehsal edilən yanacaq Gürcüstana da ixracı planlaşdırılır
Azərbaycanda yerli istehsal olan yanacağın Gürcüstan və Türkiyə bazarlarına ixracı planlaşdırılır.

Bunu Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin baş direktor müavini Emil Alxaslı deyib.

Onun sözlərinə görə, zavodun modernləşdirilməsi layihəsinin reallaşdırılması üzrə investisiya planı dəyişməz qalıb.

O, bildirib ki, layihəyə əlavə investisiyaların qoyulması məsələsi 2023-cü ildə birinci mərhələnin başa çatmasından sonra nəzərdən keçiriləcək.

"Birinci mərhələdə zavodun istehsal gücü Azərbaycan bazarının dizel yanacağı, eləcə də Aİ-92 və Aİ-95 markalı benzinə tələbatını tam təmin edəcək. Biz, həmçinin zavodun məhsulunun Gürcüstan və Türkiyə bazarlarına ixracını planlaşdırırıq. Əsas ixrac məhsulu dizel yanacağı olacaq", - deyə o, bildirib.

Mənbə: trend.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google