Tbilisidə Yunus Əmrəyə həsr olunan sərgi açılıb
Tbilisi Tarix Muzeyində Türkiyənin şeir sənətinin banisi sayılan Yunus Əmrəyə həsr olunan sərgi açılıb.

“Yunus Əmrə miniatürlərlə” adlı sərgidə şairin şeirlərinə çəkilən və Türkiyədən gətirilən 25 əsər sərgilənib.

Tədbir çərçivəsində Y.Əmrənin şeirlərindən ibarət türk və gürcü dillərində nəşr edilmiş kitab da təqdim olunub.

Mərasimdə çıxış edən Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan deyib ki, Türkiyənin hüdudlarından kənarda Y.Əmrənin yaradıcılığı barədə məlumatlı olanların sayı azdır.


O xatırladıb ki, bu il şairin vəfatından 700 il ötür və bu münasibətlə YUNESKO 2021-ci ili “Yunus Əmrə ili” elan edib.

Səfirin sözlərinə görə, Y.Əmrənin şeirləri gürcü dilinə ilk dəfə tərcümə olunaraq kitab halında işıq üzü görüb. Diplomat sərgilənən miniatürlər və kitabın Gürcüstan ictimaiyyətində böyük maraqla qarşılanacağına əminlik ifadə edib. O, sərginin təşkilinə dəstəyə görə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi, Gürcüstan Milli Muzeyinə minnətdarlığını bildirib.


Milli Muzeyin direktoru David Lordkipanidze çıxışında deyib ki, təqdim olunan əsərlər Y.Əmrə yaradıcılığı və fəlsəfəsi ilə tanış olmaq üçün yaxşı imkan verir. O, rəhbərlik etdiyi muzeyin sərgiyə ev sahibliyi etməsinə dəstək verməsindən böyük məmnunluq ifadə edib.

Tədbirdə diplomatik korpusun nümayəndələri, Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, miniatürlərin müəllifləri, türkoloqlar da iştirak ediblər.

Sərgi ziyarətçilər üçün dekabrın 11-dək açıq olacaq.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია