DSX: Helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb - VİDEO
"“Qaraheybət” aviasiya poliqonunda planlı təlim uçuşları keçirərkən helikopterimiz qəza enişi edib".

Bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi müavini İlham Mehdiyev bildirib.

Azərbaycan DSX-nin rəisi müavini deyib ki, qəza nəticəsində həlak olanlar və yaralananlar var: "Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb".

İ.Mehdiyev bildirib ki, yaralılar Dövlət Sərhəd Xidmətinin Hospitalına yerləşdirilib.


Həlak olan hərbi qulluqçuların adları:

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

2. polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;

3. mayor Həsənov Elmir Mircəlil oğlu;

4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. mayor Mayılov Emil Şahid oğlu;

6. mayor Məmmədov Murad Yaşar oğlu;

7. mayor Əliyev Emil Elman oğlu;

8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;

11, kapitan Qaraisayev Teymur Ənvər oğlu;

12. leytenant Süleymanov Abdulla Telman oğlu;

13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. işçi Nəbiyev Elçin Fikrət oğlu.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyi qəza nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzu edir.

Mənbə: apa.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია