Gürcüstanda ixracın həcmi 26,9 faiz artıb
Gürcüstanda ixracın həcmi 2021-ci ildə 26,9 faiz artaraq son 10 ilin ən yüksək həddinə çatıb.

Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, 2021-ci ildə Gürcüstanın xarici ticarətində ixracın həcmi 4 milyard 242,3 milyon ABŞ dolları olub. Bu da son 10 ildə ən yüksək göstəricidir. Keçən il ixracın həcmi 2020-ci illə müqayisədə 26,9 faiz, 2019-cu illə müqayisədə isə 11,7 faiz artıb. Ümumilikdə isə keçən il Gürcüstanın xarici ticarəti 2020-ci illə müqayisədə 25,6 faiz artaraq 14 milyard 319,4 milyon dollar olub.

Qeyd edilir ki, 2021-ci ildə idxalın həcmi 2020-ci illə müqayisədə 25,1 faiz artıb və 10 milyard 77 milyon dollar təşkil edib.

Keçən il Gürcüstanın xarici ticarət dövriyyəsində 5 milyard 834,7 milyon dollar həcmində mənfi saldo yaranıb.

Mənbə: azertac.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google