ABŞ-da bir adam sinaqoqa girib və içəridəkiləri girov götürüb - 10 saatlıq danışıqlardan sonra onların hamısı azad olunub
Hücum edən şəxs Texas ştatının Dallas şəhərində sinaqoqa girərək insanları girov götürüb. Hadisə şənbə günü səhər dini ayin zamanı baş verib. BBC-nin məlumatına görə, təxminən 10 saat davam edən danışıqlardan sonra girov götürülən 4 nəfərin hamısı azaddır. Hücum edən şəxsə gəlincə, ilkin məlumata görə, o, ölüb. Onun şəxsiyyəti hələ müəyyən edilməyib.

Girovlar arasında bir din xadimi də olub. Maraqlıdır ki, dini ayin canlı yayımlanıb amma hücumçunun hücumu zamanı tezliklə dayandırılıb.

KİV-in məlumatına görə, hücum edən şəxs ABŞ-da 86 il həbs cəzasına məhkum edilmiş pakistanlı nevroloq Afia Sadiqin azadlığa buraxılmasını tələb edib. Sadiq Əfqanıstanda Amerika əsgərlərini öldürməyə cəhd etdiyi üçün cəza çəkir.

Mənbə: On
Print ელ. ფოსტა
FaceBook Twitter Google