Batumidə fırtına nəticəsində sahil zolağının infrastrukturuna ziyan dəyib
Batumidə fırtına nəticəsində bulvar infrastrukturuna və sahil xəttinə ziyan dəyib. Yerli sakinlər deyirlər ki, bütün gecə güclü külək və qar olub. On.ge-yə Batumi meriyasından bildirilib ki, bələdiyyənin təmizlik xidməti bütün gecəni sahil zolağında təmizlik işləri aparıb.
Bulvar rəhbərliyinin nümayəndəsinin sözlərinə görə, intensiv işə başlamaq üçün havanın yaxşılaşmasını gözləyirlər.

"Gördüyünüz kimi, güclü tufan nəticəsində dalğalar daş və beton parçalarını sahilin gəzinti yerinə çıxarıb. Həmçinin infrastruktura qismən ziyan dəyib - əsasən duş və paltardəyişmə otaqlarına. Müdiriyyət tərəfindən bərpa olunacaq və ilkin formasına qaytarılacaq.

Təmizlik işlərinə gəlincə, traktorlar işləyir. Biz kütləvi şəkildə işə başlaması və bulvarın təmizlənməsi üçün havanın açılmasını gözləyirik”,
– deyə Badri Siçinava Acarıstan TV-yə bildirib.

Mənbə: On
Print ელ. ფოსტა
FaceBook Twitter Google