“Qara Arx”-ın Marneuli şəhərinin Kostava küçəsindən keçən hissəsi
yenə çirkli vəziyyətdədir.
Yerli sakinlərin sözlərinə görə, su az miqdarda gəlir və çirkli
arxın ərazisindən pis qoxu gəlir. Bu isə onlarda narahatçılıq
yaradır.
“Bu problem burada həmişə olub, əhali zibili birbaşa
suya atır. Bu da antisanitariyaya səbəb olur. Dəhşətli qoxu var,
bizi narahat edir. Xahiş edirik, müvafiq qurumlar bu məsələni həll
etsin”, – yerli sakin bildirdi.
Qeyd olunan kanalın nə zaman təmizlənəcəyi ilə bağlı Gürcüstan
Meliorasiya Xidmətinin Xram-Debet Marneuli Servis Mərkəzinin
rəhbəri Aleksandre Şukakidze “Marneuli” radiosuna məlumat verdi. O,
qeyd etdi ki, təmizləmə işlərinə gələn həftədən başlanılacaq.
“Həmin kanalda bərpa işləri aparılır və təxminən, gələn
həftə başa çatacaq. Bundan sonra təmizləmə işləri aparılacaq və adi
rejimdə suyu da verəcəyik”, – Şukakidze bildirdi.
Marneuli əhalisinin bir qismi qeyd olunan kanaldan kənd təsərrüfatı
üçün istifadə edir.