Marneulili fəal Rəşan Ziyadəliyevin “missiyası”
Marneulili mülki fəal Rəşan Ziyadəliyev “Formula” televiziyasının “Missiya” layihəsində iştirak edir. Rəşan artıq bir-biri ilə mühüm problemlərin həllində mübarizə aparacaq 12 finalçı arasından seçilib. Mülki fəalın sözlərinə görə, onun şouda iştirakının əsas məqsədi yalnız Kvemo Kartlidəki problemlərdən deyil həm də Gürcüstanda gedən, ölkənin inkişafına istiqamətlənmiş proseslər barədə danışmaqdır.

“24 gənc arasından bu müsabiqədə 12 gələcək lider seçildi. Hər həftə proqrama qoşulmuş gənclər Gürcüstanda mövcud olan müxtəlif problemlərin həlli yollarını jüriyə təqdim edəcəklər. Hər həftə tamaşaçılardan ən çox səs toplayan iştirakçı həftənin qalibi olacaq. 1 may tarixində həftənin qalibi müəyyən ediləcək. İki nəfər, ən az səs toplayan iştirakçı isə xaric ediləcək və jüri onlardan hansının verilişi tərk edəcəyini seçəcək. Mənim əsas məqsədim bu layihədə qalib gəlməkdir, ancaq mühüm olan 12 gənclə birlikdə vətəndaşlar qarşısında bizim ölkənin inkişafına mane olan mühüm mövzulardan danışmağımızdır. Həmin problemləri necə həll edə biləcəyimiz barədə düşünəcəyik. Əgər mənə dəstək olmaq istəsəniz 0800 001 013 nömrəsinə zəng vurun. Bir nömrədən bir həftə ərzində, yalnız bir dəfə səs göndərmək mümkündür”, – Rəşan Ziyadəliyev bildirdi.

“Missiya” beynəlxalq Respublika İnstitutunun və Formulanın birgə layihəsidir.

Layihə gənclərin ictimai proseslərə qoşulmasına dəstək göstərir.

Rəşan Ziyadəliyev Ədalətli Seçkilərdə (İSFED) sosial media monitoru, Gürcüstan İslahat Assosiasiyasında (GRASS) regional analitik, Çoxmillətli Gürcüstanda (PMMG) etnik azlıqların sosial və iqtisadi hüquqlar üzrə Kvemo Kartli regionunda monitor olaraq işləyir. Rəşan eləcə də Mülki İştirak və Aktivizm Mərkəzinin (CEAC) rəhbəridir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია