Gürcüstanda 5,3 bal gücündə zəlzələ olub.
"Bu gün Tbilisi vaxtı ilə saat 23:40 radələrində
Dmanisi bələdiyyəsinin Yırğançay kəndi yaxınlığında 5,3 bal gücündə
zəlzələ baş verib", - Yer Elmləri İnstitutu-Seysmik
Monitorinq Milli Mərkəzinin məlumatında qeyd edilib.
Yeraltı təkanlar Marneulidə də hiss olunub.
Dağıntı və tələfat barəsində hələki məlumat yoxdur.