Marneuli meriyası 12 maşın üçün təkərləri 10 357 lariyə alıb
Marneuli yerli özünüidarəsi meriyanın balansında olan 12 maşı üçün təkərlərin alınması üçün “Tegeta Retail” MMC ilə tender vasitəsilə üç müqavilə bağlayıb.

Marneuli meriyası “Tegeta Retail” MMC-dən ümumilikdə, 10 357 lari 60 tetri dəyərində 48 təkər alıb.

Birinci tenderə görə, Riken markalı bütün mövsümlər üçün nəzərdə tutulmuş dörd təkərə 1200 lari ödəyib. İkinci müqaviləyə uyğun olaraq, özünüidarə həmin brendin “Road Pref” markalı 4 təkərə 601 lari 60 tetri ödəyib. Üçüncü tenderə müvafiq olaraq, yerli özünüidarə Riken-Terrain markalı 4 təkərə 940 lari, Petlas markalı 4 təkərə isə 1024 lari ödəyib.

Marneuli meriyası və “Tegeta Retail” arasında bağlanmış müqaviləyə görə, şirkət Marneuli meriyasına 1 apreldən 30 oktyabra qədər olan dövrdə verməlidir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google