Milli Hərəkatın üzvü Bələdiyyə Məclisi fraksiyasını tərk edib – partiyada qalır
Marneuli Bələdiyyə Məclisinin üzvü Mehdi Əsgərov Vahid Milli Hərəkat fraksiyasını tərk edib. Bu barədə Bələdiyyə Məclisi sədri Amiran Qiorqadze iclas başlayana qədər məlumat verib və qeyd edib ki, Əsgərov bu tələblə qanunvericilik orqanına ərizə ilə müraciət edib.

“Bələdiyyə Məclisi sədrinin adına ərizə daxil olub. Bildirmək istəyirəm ki, Marneuli Bələdiyyə Məclisinin Vahid Milli Hərəkat fraksiyasını tərk edirəm. Ərizə ilə müraciət edən Mehdi Əsgərovdur”, – Amiran Qiorqadze bildirdi.

Mehdi Əsgərov fraksiyanı tərk etmək səbəbələri barədə şərh verməyib. O, bildirdi ki, partiyada qalır və Bələdiyyə Məclisi mandatını da saxlayır. Təfərrüatları aydınlaşdırmaq üçün biz Marneuli Bələdiyyə Məclisinin Vahid Milli Hərəkat fraksiyasının rəhbəri Laşa Kveladzeyə zəng vurduq. Kveladzenin sözlərinə görə, fraksiyanı tərk etmək barədə Mehdi Əsgərov ona məlumat verməyib.

“Mənə deməyib, şərh vermir və bilmirəm. Əgər fraksiyanı tərk edibsə, partiyada nə işi var”, – Laşa Kveladze bildirdi.

Bələdiyyə Məclisinin 13 may tarixində keçirilən iclasında gündəlikdə nəzərdə tutulmuş 6 məsələ müzakirə olunub. Hər bir məsələ ilə bağlı müsbət qərar qəbul ediblər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google