Opreti, Çanaxçı və Ağkörpünün yeganə avtobusu fəaliyyətini bərpa edib
Marneuli bələdiyyəsinin Opreti, Çanaxçı və Ağkörpü ictimai nəqliyyatı təxminən, üç həftə ərzində hərəkət etmirdi. “Marneuli” radiosu 11 may tarixində, material hazırlamışdı. Materialda Opreti kənd əhalisi nəqliyyatın olmamasına görə, yaranmış problemlərdən danışırdı.

Opreti sakini olan 50-yə yaxın adam Marneuliyə yalnız həftənin üç günü gedə bilirdilər. Çərşənbə axmaşı, çərşənbə və bazar günü avtobusun dolduğu yeganə gün idi. Opreti sakinləri Marneuliyə ərzaq və dərman almaq, həkimə və ya banka getmək üçün gedirdilər. Üç həftə ərzində Opreti sakinləri ictimai nəqliyyat olmadığına görə, Marneuliyə gəlməkdə çətinlik çəkirdilər. Çünki əhalinin əksəriyyətinin taksiyə vermək üçün 60 larisi yox idi. Əhali deyir ki, nəqliyyatın işləməməsinə görə, mövcud problemlər daha da ağırlaşıb. Hərdən oraya ərzaq maşını gedir, ancaq hər şeyin qiyməti ikiqat olur və əksər hallarda ala bilmirlər.

11 may tarixində, “Marneuli” bələdiyyə nəqliyyatı şirkətinin rəhbəri Qiqa Calağonia bildirdi ki, Ağkörpü istiqamətində hərəkət edən yeganə avtobus xarab olmuşdu. Onun təmiri defisitdə olan hissələrə görə, mümkün olmurdu. Calağonia eləcə də bildirdi ki, bu xəttdə başqa nəqliyyat buraxa bilməzdilər, çünki kəndin ağır relyefi var və bütün nəqliyyat oraya hərəkət edə bilməz.

16 may tarixində, Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Marneuli” radiosuna bildirdilər ki, Opreti kəndinin ictimai nəqliyyat problemi artıq həll olunub. Meriyadan qeyd etdilər ki, ictimai nəqliyyatın kəndə hərəkəti bazar günü, 15 may tarixində bərpa olunub.

Marneuli bələdiyyəsinin nəqliyyat şirkətinin rəhbəri bildirdi ki, Marneuli-Ağkörpü istiqamətində hərəkət edən avtobusun bütün mühərriki dəyişdirilməli olub. 15 maydan isə ictimai nəqliyyat hərəkətinə adi rejimdə davam edir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google