İki Bayraktar Akıncı PUA-sı Gürcüstan üzərindən uçaraq, Azərbaycana gedib (VİDEO)
“TEKNOFEST Azərbaycan”da nümayiş etdiriləcək iki Bayraktar Akıncı pilotsuz uçuş aparatı uzun uçuşdan sonra Azərbaycana çatıb.

Trend.az-ın xəbərinə görə, festivala qatılmaq üçün mayın 21-i səhər saatlarında Çorludan havaya qalxan birinci Bayraktar Akıncı Türkiyə hava məkanını keçdikdən sonra uçuşunu Gürcüstan üzərində davam etdirib. Gürcüstandan keçərək Azərbaycan hava məkanına daxil olan Akıncı təxminən 5 saata Bakıya çatıb.

Günorta saatlarında yola çıxan ikinci Akıncı da eyni marşrutu izləyib və təxminən 2000 kilometrlik uçuşu uğurla başa vurub.

Uçuşlarını uğurla başa vuran Bayraktar Akıncı PUA-ları Heydər Əliyev Beynəlxalq Hava Limanına enərək tarixi səyahətini başa vurub.


Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია