Marneuli meriyası 26 may idman tədbirləri üçün kuboklar, medallar və qoyun alıb
26 may tarixində, Marneuli bələdiyyəsində müstəqillik gününü qeyd etmək üçün müxtəlif tədbirlər keçiriləcək. Müstəqillik günü Marneulidə musiqi və teatr nümayişləri, sərgilərlə yanaşı idman yarışları da keçiriləcək.

Marneuli bələdiyyəsinin Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Göstərmə Xidmətinin rəhbəri Qiorqi Meurmişvilinin Marneuli meri Kənan Ömərova ünvanladığı izahatnamədə qeyd olunub ki, gürcü güləşi, oxçuluq və qol güləşi üzrə yarışlar keçiriləcək.

“Bildiyiniz kimi, cari ilin 26 may tarixində Marneuli bələdiyyəsində Gürcüstanın müstəqillik günü ilə əlaqədar bir sıra tədbirlər keçiriləcək. Qeyd edək ki, mədəni tədbirlərlə yanaşı, idman tədbirləri də keçiriləcək. Daha dəqiq: gürcü güləşi, oxçuluq və qolgüləşi. Tədbirlərin tam keçirilməsi üçün lazımdır: 1) Qoyun 2) 60 ədəd medal 3) 65 ədəd diplom 4) 14 ədəd kubok (müxtəlif ölçülərdə) 5) Musiqiçilər (3 musiqiçi, gürcü ənənəvi güləş üçün ifa etməyə)”, – sadələşdirilmiş alqı-satqı izahatnaməsində qeyd olunub.

Marneuli meriyası indiki mərhələdə iki sadələşdirilmiş müqavilə bağlayıb. Müqavilələrdən birinə görə, meriya fərdi sahibkar Əkrəm Qəhrəmanovdan 60 medal, 65 diplom, 14 kubok alıb və 927 lari 50 tetri ödəyib. Meriya Mixeil Lağidze ilə də sadələşdirilmiş müqavilə bağlayıb. Ondan bir qoyun alıb və 650 lari ödəyiblər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google