"Gürcüstan və Azərbaycanı tarixi dostluq, mehriban qonşuluq münasibətləri, sıx strateji tərəfdaşlıq birləşdirir" – Salome Zurabişvili
"Gürcüstan və Azərbaycanı tarixi dostluq, mehriban qonşuluq münasibətləri, eləcə də sıx strateji tərəfdaşlıq birləşdirir".

Bu sözlər Gürcüstanın Prezidenti Salome Zurabişvilinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda yer alıb.

"Ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə verdiyiniz böyük töhfəyə görə Sizə minnətdarlığımı bildirirəm. Əminəm ki, birgə səylərimizlə əməkdaşlığımızı daha da yüksək səviyyəyə qaldıracaq, həmçinin regionda sabitliyin, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi üçün bundan sonra da bir çox səmərəli addımlar atacağıq",
- məktubda qeyd olunub.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google