Marneulidə iki stadionun bərpası planlaşdırılır
Marneuli yerli özünüidarəsi Marneuli hərbi şəhərciyində yerləşən stadionun, onun ərazisindəki məşq trenajorlarının, uşaq üçün attraksionların bərpası və Qamsaxurdia küçəsindəki süni örtüklü mini stadionun bərpası işləri üçün 259 900 lari dəyərində tender elan edib.

Keçmiş hərbi şəhərcikdə 7 saylı binanın ərazisindəki mini stadionun bərpası və parkın qurulması layihəsi ilə nəzərdə tutulub:

Qeyd olunan məkanda demontaj, montaj işləri həyata keçiriləcək. Demontaj işləri çərçivəsində stadionun sıradan çıxmış hasarının toru, örtüyü söküləcək. Mövcud sıradan çıxmış trenajorun sökülməsi də həyata keçiriləcək. Montaj işlərinə əsasən, mini stadionun hasarı, örtük, tribunaları, basketbol torları yenilənəcək. Parkda cığırlar salınacaq, istirahət yerləri, uşaq əyləncə meydanı yaradılacaq. Meydanda attraksionlar bərpa olunacaq, meydan plastik hasarlarla hasarlanacaq, yaşıl örtük qurulacaq. İki növ ağac – dekorativ qırmızı alça və yalançı akasiya əkiləcək. Parkda lampa formasında işıqlandırma quraşdırılacaq. 

Qamsaxurdia küçəsində mini stadionun bərpası və parkın qurulması layihəsi ilə nəzərdə tutulub:

Qeyd olunan yerdə demontaj, montaj işləri aparılacaq. Demontaj işləri çərçivəsində mini stadionun sıradan çıxmış hissələri, eləcə də, onun örtüyü və sıradan çıxmış lampalar söküləcək. Montaj işləri üçün torpaq örtüyü müəyyən hündürlükdə düzəldiləcək. Montaj işlərinə görə, kauçuk və cığır dekorativ örtüyü, kauçuk səkilər qurulacaq, stadionun hasarı, tribunalar, lampalar və trenajorlar yenilənəcək.

Tenderdə iştirak etmək istəyənlər 10 iyun tarixindən 13 iyun tarixinədək təkliflərini təqdim edə bilərlər. Qalib şirkət Marneuli meriyası ilə müqavilə bağladıqdan sonra 90 gün ərzində işləri təhvil verməli olacaq.

Print ელ. ფოსტა
FaceBook Twitter Google