Marneulinin 22 məktəbindən 44-də mandatur vəzifəsinə vakansiya var
Təhsil müəssisələrinin mandatur xidməti Gürcüstan miqyasında mandaturların seçim müsabiqəsini elan edib. Marneuli bələdiyyəsində 22 məktəb mandatur axtarır. Bələdiyyə miqyasında ümumilikdə 44 yer var.
  • Marneuli bələdiyyəsinin Şulaveri kəndi – 4 vakansiya;
  • Marneuli bələdiyyəsinin Candar kəndi – 2 vakansiya;
  • Marneuli bələdiyyəsinin Şaumyan kəndi – 3 vakansiya;
  • Marneuli bələdiyyəsinin Qullar kəndi – 2 vakansiya;
  • Marneuli bələdiyyəsinin Qızılhacılı kəndi – 3 vakansiya;
  • Marneuli bələdiyyəsinin Kosalı kəndi – 2 vakansiya;
  • Marneuli bələdiyyəsi Sabirkənd – 2 vakansiya;
  • Marneuli bələdiyyəsinin Kürtlər kəndi – 2 vakansiya;
  • Marneuli bələdiyyəsinin Kirəç-Muğanlı kəndi – 2 vakansiya;
  • Marneuli bələdiyyəsinin Qaçağan kəndi – 2 vakansiya;
  • Marneuli bələdiyyəsinin Qasımlı kəndi – 3 vakansiya;
  • Marneuli bələdiyyəsinin Tamarisi kəndi – 1 vakansiya;
  • Marneuli bələdiyyəsinin Təkəli kəndi – 2 vakansiya;
  • Marneuli bələdiyyəsinin Böyük Muğanlı kəndi – 2 vakansiya;
  • Marneuli bələdiyyəsinin Dəmyə-Görarxı kəndi – 2 vakasniya;
  • Marneuli bələdiyyəsinin Ağməmmədli kəndi – 2 vakansiya ;
  • Marneuli bələdiyyəsinin Araflı kəndi – 2 vakansiya;
  • Marneuli bələdiyyəsinin Algeti kəndi – 2 vakansiya;
  • Marneuli bələdiyyəsi Təzəkənd – 1 vakansiya;
  • Marneuli bələdiyyəsi Əzizkənd – 1 vakansiya;
  • Marneuli bələdiyyəsinin Keşəli kəndi – 1 vakansiya;
  • Marneuli bələdiyyəsinin Saimerlo kəndi – 1 vakansiya;
Yerli Təhsil Resurs Mərkəzindən bildirirlər ki, indiki mərhələdə 74 ictimai məktəbdən 15-də mandatur var. Yeni vakant yerlərə elan edilmiş müsabiqədə iştirak etmək istəyən şəxslərin müraciəti 2022-ci ilin 31 mayından 2022-ci ilin 9 iyun tarixinə qədər qəbul olunacaq.

Mandatur vəzifəsinə təyin oluna bilər:
  • 21 yaşdan yuxarı, işləmək qabiliyyəti olan hər bir Gürcüstan vətəndaşı;
  • Məhkum olunmamış;
  • Peşə təhsili ilə yanaşı tam ümumi təhsil və ya ali təhsili olan;
  • Dövlət dilini bilən;
  • Vəzifəsini yerinə yetirmək üçün sağlamlığı müvafiq olan.
  • Mandaturun əməkhaqqısı 875 laridir (vergi də daxil olmaqla).
Namizəd seçimə qədər bir neçə mərhələdən keçməlidir. Vakansiya barədə ətraflı məlumat almaq üçün linkə daxil olun.

Print ელ. ფოსტა
FaceBook Twitter Google