Marneuli meriyası 98 pedaqoqun gediş haqqını iki gün ərzində ödəyəcəyini vəd edir
İki aydır Marneulidə işləyən gürcü dili ikinci dil kimi fənn müəllimləri gediş haqqı üçün ayrılmış pulu ala bilmirlər. Bələdiyyə miqyasında gediş haqqı ödənilən 98 belə pedaqoq var. Onların əksəriyyəti Tbilisidən gəlir. Marneuli meriyası onlara gər ay 50 lari ödəyir. Yerli özünüidarədə pulun verilməsi vaxtının uzadılmasına səbəb olaraq sənədlərin yenilənməsini qeyd edirlər. Pedaqoqlardan sənədləri tez toplamağı tələb ediblər.

“Sənədləri təqdim etməyimizi tələb etdilər. Həmin sənədləri 10 gün ərzində almaq pulsuzdur. Ancaq təcili surətdə verməyimizi istədiklərinə görə, hamımız 15-20 lari ödədik. Marneuli meriyasının başqa şəhərlərdən gələn gürcü dili müəllimlərinə artıq illərdir, ödədiyi gediş haqqı hələ də köçürülməyib”, – Daştəpə məktəbinin gürcü dili ikinci dil kimi fənn müəllimi Natali Samxaradze bildirdi.

“Gediş haqqı üçün 50 lari köçürürlər, bu bizim üçün çox əhəmiyyətlidir. Ötən ay dedilər ki, arayışları toplamalıyıq. Əksəriyyət təcili surətdə yaşayış yeri barədə arayış düzəltdirdik və bu 20 lariyə başa gəlir. Bir qayda olaraq köçürülməli idi, ancaq hələ köçürülməyib”, – kimliyinin bilinməsini istəməyən daha bir müəllim bildirdi.

Məlumatı aydınlaşdırmaq üçün Marneuli meriyası ilə əlaqə saxladıq. Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Göstərmə Xidmətinin rəhbəri Qiorqi Meurmişvilinin bildirdiyinə görə, müəllimlərə iki gün ərzində pul köçürüləcək.

“Mən sərəncamı artıq göndərmişəm və bu gün və ya sabah pul köçürüləcək. Bəzisi sənədləri gətirməmişdi və hamının gətirməsini gözlədik. 2 iyunda bütün sənədlər toplandı”, – Qiorqi Meurmişvili bildirdi.

Yerli Təhsil Resurs Mərkəzinin nümayəndəsi İrma Davadze bildirdi ki, Marneuli meriyası 50 larinin ödənməsi barədə sərəncamı artıq hazırlayıb və bu yalnız qeyri-gürcüdilli məktəblərin gürcü dili ikinci dil kimi fənn pedaqoqlarına aiddir. Söhbət şəhərdən və ya qonşu bələdiyyələrdən gələn müəllimlərdən gedir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google