UEFA Millətlər Liqası: Portuqaliya, Serbiya və Gürcüstan yığmaları rəqiblərini böyük hesabla məğlub ediblər
UEFA Millətlər Liqasının qrup mərhələsində ikinci turun oyunları başlayıb.

Mərhələnin ilk oyun günündə A,B,C və D liqalarında 9 oyun keçirilib. Portuqaliyanın İsveçrəni qəbul etdiyi A Liqasının 2-ci qrupunda qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb (4:0). Qrupun digər oyununda İspaniyanın səfərdə Çexiya ilə qarşılaşmasında 2:2 hesablı nəticə qeydə alınıb. B Liqasının 4-cü qrupunda Serbiya da evdə Sloveniyanı böyük hesabla məğlub edib (4:1). C Liqasında 2-ci qrup qarşılaşmasında isə Kipr evdə Şimali İrlandiya ilə qolsuz heç-heçə edib, Yunanıstan səfərdə Kosovonu minimal hesabla məğlub edib (1:0).

Dördüncü qrupun oyunlarında isə Şimali Makedoniya səfərdə Cəbəllütariqə 2:0 hesabı ilə qalib gəlib. Bolqarıstanı 5:2 hesabı ilə məğlub edən Gürcüstan isə ardıcıl ikinci qələbəyə imza atıb.

D Liqasında Malta səfərdə San-Marino ilə görüşüb. Qarşılaşma Maltanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə: azertac.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google