Sərhəd Polisi Sərhədi qanunsuz keçməyə cəhd edən 3 əcnəbi vətəndaşı saxlayıb
Gürcüstandan Türkiyəyə qanunsuz keçməyə cəhd edən 3 xarici ölkə vətəndaşı saxlanılıb. Bu barədə Gürcüstanın Sərhəd Polisindən bildirilib.

Daxili İşlər Nazirliyinin Sərhəd Polisi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslər Gürcüstan-Türkiyə sərhədinin “Kirnati” hissəsində sərhəd-buraxılış məntəqəsindən yan keçməklə Türkiyəyə keçməyə çalışıblar.
Həmin şəxslərin biri 1996-cı il təvəllüdlü Azərbaycan, ikisi isə 1990 və 1989-cu il təvəllüdlü Türkiyə vətəndaşıdır.

“Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə istintaq aparılır”, - məlumatda deyilir.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Törədilmiş cinayət əməlinə görə 4 ildən 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google