Salome Zurabişvili Gürcüstanın Aİ-yə namizədlik statusu almamasına qəzəblənib
“Siz məyus ola bilərsiniz, mən isə daha çox qəzəbli olan kateqoriyaya aidəm. Bu gün baş verən xəbərdarlıqdır”.

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa Komissiyasının Gürcüstana Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd statusunun verilməsini tövsiyə etməməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu gün təslim olmaq zamanı deyil: “Bu gün məyusluq və şikayətlənməyin vaxtı deyil, bu gün baş verən öz günahımızdır. Biz buna layiqiq! Biz iki dost və tərəfdaş ölkədən çox geri qalmışıq. Bu bizim günahımızdır, başqa kimin?!”.

Avropa Komissiyasının rəyinə münasibət bildirən hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze Ukrayna və Moldovanı namizəd statusu alması münasibətilə təbrik edib. Onun sözlərinə görə, Avropa Komissiyası Gürcüstanın perspektivini rəsmi olaraq tanıyıb.

İ.Kobaxidze qeyd edib ki, Gürcüstan demokratiya, qanunun aliliyi, insan haqlarının müdafiəsi, korrupsiya ilə mübarizə və digər parametrlərə görə həm Ukrayna, həm də Moldovanı qabaqlayır.

Xatırladaq ki, Avropa Komissiyasının bu gün açıqlanan rəyinə əsasən, Ukrayna və Moldovaya Aİ-yə üzvlüyə namizəd statusunun verilməsi tövsiyə edilib, Gürcüstan isə məsələ ilə bağlı mənfi rəy alıb.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები