"Dinamo" (Tbilisi) komandası baş məşqçisi istefa verir
Gürcüstanın "Dinamo" (Tbilisi) komandası baş məşqçisi Kaxaber Tsxadadze ilə yollarını ayırır.

Transfer siyasətindən narazı olan 54 yaşlı mütəxəssis Tbilisi təmsilçisini tərk etməyə hazırlaşır.

Təcrübəli baş məşqçi hazırkı heyətlə avrokuboklarda layiqli mübarizə aparmağın çətin olduğunu rəhbərliyə çatdırıb. Tərəflərin qısa zamanda əməkdaşlığa son qoyacağı gözlənilir.

Qeyd edək ki, Kaxaber Tsxadadze 2021-ci ilin mayından "Dinamo"ya rəhbərlik edir. Mütəxəssis 2008-ci ildə Bakının "Standard", 2009 - 2014-cü illərdə isə "İnter" (hazırkı "Şamaxı") komandalarının baş məşqçisi olub. O, Qazaxıstanın "Ordabaşı" komandasında da çalışıb.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google