Eka Tkeşelaşvili: "Ərazilərin minalardan təmizlənməsində Azərbaycanın köməyə ehtiyacı var"
Ərazilərin minalardan təmizlənməsində Azərbaycanın köməyə və dəstəyə ehtiyacı var.

Bunu Gürcüstanın baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili Şuşada IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı və yaşayış massivlərində minaların olması xüsusilə dəhşətlidir.

Tkeşelaşvili, həmçinin minaların beynəlxalq qaydalarla tam qadağan olunmadığından təəssüfləndiyini qeyd edib.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google