Kaspi bələdiyyəsində azyaşlı axtarılır - 14 yaşlı qız 2 gün əvvəl yoxa çıxıb
Kaspi bələdiyyəsində azyaşlı axtarırlar. Becitaşvili ailəsinə qonaq gələn 14 yaşlı qız 2 gün əvvəl Sasireti kəndində yoxa çıxıb.

Sözügedən faktla bağlı Sasiretidə hüquq-mühafizə orqanları istintaqa başlayıb.

Yerli sakinlər yeniyetmənin hansı şəraitdə itkin düşdüyünü danışıblar - ev sahibi ailənin uşağını küçədən həyətə su üçün göndərib, azyaşlı uşaq geri qayıdanda qonaq gələn qızın artıq orada olmadığını görüb. Məhz bundan sonra onu axtarmağa başlayıblar. Kəndə gələn itkin düşmüş yeniyetmə haqqında yerlilərin məlumatı azdır.

Mənbə: rustavi2.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google