Banklar tərəfindən mülkiyyətə keçirilmiş əmlak 67,3 mln artıb
2022-ci ilin aprelinə kommersiya bankları tərəfindən mülkiyyətə keçirilmiş əmlak 309,5 milyon lari təşkil edib. Bu barədə Milli Bankın “Maliyyə Sektorunun İcmalı”nda deyilir.

İcmalın məlumatına görə, banklara məxsus əmlakın dəyəri bu il 67,3 milyon lari artıb. O cümlədən, 2021-ci ilin aprelində bu rəqəm 242,2 milyon lari olub.

Eyni zamanda, GMB-nın 2022-ci ilin aprel ayı üzrə məlumatlarına əsasən, silinmiş kreditlərin həcmi 28,8 milyon lari təşkil etdiyi halda, 2021-ci ilin eyni dövründə 51,2 milyon lari məbləğində kredit silinib.

Bundan əlavə, maliyyə sektorunun icmalına əsasən, aprel ayında 7,6 milyon lari məbləğində borc silinmə ilə ödənilib. 2021-ci ilin eyni dövründə bu rəqəm 22,1 milyon lari olub.

Mənbə: BPN
Print ელ. ფოსტა
FaceBook Twitter Google