“SOCAR Energy Georgianın” Marneuli bələdiyyəsinin Qızılhacılı
kəndində inşa etdiyi idman kompleksi Marneuli “İdman Məktəbinə”
həmişəlik verilib.
Kompleks 2021-ci ildə, sentyabrda, özünüidarə seçkilərindən əvvəl
açılıb və ilk əvvəl bələdiyyənin balansında idi. İdman Məktəbinin
direktoru Mamuka Naveriani qeyd edir ki, məkanda basketbol və
voleybol komandaları üçün nəzərdə tutulmuş inventar yerləşdirilib.
Ancaq məktəb təchizatını daha çox tələb olunan idman növünə uyğun
olaraq dəyişməyi planlaşdırır.
“Təxminən bir həftədir zal bizim balansımıza qeydiyyat olunub. Bu
məkan əvvəldən də basketbol və voleybol üçün nəzərdə tutulmuşdu.
Basketbol məşqləri Ata-Holdinqdə, voleybol isə Tsereteli ictimai
məktəbində aparılır. Qızılhacılı kəndində indiki mərhələdə sərbəs
güləş, boks və futbol fəaliyyət göstərir. Buradan irəli gələrək,
yeni inventar almaq gündəliyə çıxarıldı. Həmin inventar sərbəst
stildə güləşçilər və boksçular üçün nəzərdə tutulacaq. Zala müvafiq
inventar yerləşdirildikdən sonra uşaqları da Qızılhacılıya
keçirəcəyik. İndiki mərhələdə bütün uşaqların idman zalından
istifadə etmək imkanı var. Ancaq orada hələ ki, məşqlər
aparılmır”, – Naveriani bildirdi.
Qeyd olunan idman kompleksi baksetbol, mini futbol, həndbol,
voleybol və güləş kimi müxtəlif idman növbləri üçün nəzərdə
tutulmuş qapalı çoxfunksiyalı idman məkanıdır. Binaya tamaşaçılar
üçün tribunalar, geyim dəyişmək üçün yer, duş və sanitar məkanlar,
inventarın saxlanması üçün zirzəmi, inzibati sahə ayrılıb. Binanın
ümumi sahəsi 1157 kvadrat metrdir və onun dəyəri 3 milyon laridən
artıqdır.