Gürcüstanda narkotik maddələrin qanunsuz satışı ilə məşğul olmaqda
şübhəli bilinən 10 nəfər saxlanılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin saytı məlumat
yayıb.
Bildirilib ki, onlardan heroin və kokain götürülüb. Məlumata görə,
saxlanılan şəxslər sistematik şəkildə narkotik vasitələrin satışı
ilə məşğul olublar. Onların saxlanılması ilə bağlı Gürcüstanın
paytaxtı Tbilisidə və başqa şəhərlərdə əməliyyat keçirilib.
Şübhəlilərdən biri ukraynalı
olmaqla ikisi xarici ölkə
vətəndaşıdır. Tutulanların ikisi əvvəllər mühakimə olunub.
Əməliyyat zamanı onların üzərindən və yaşadıqları evlərə baxış
zamanı müxtəlif adda narkotik vasitələr, o cümlədən bir kiloqramdan
artıq heroin, “Subotex”, “Alpha-PVP”, 45 bağlamada metadon, habelə
böyük miqadarda kokain, eyni zamanda narkotik maddələrin satışından
əldə etdikləri pul aşkarlanaraq götürülüb.
Vurğulanıb ki, xüsusilə külli miqdarda narkotik vasitələrin
qanunsuz əldə edilməsi, saxlanılması və satışı faktları üzrə
araşdırma aparılır.
Saxlanılanları 5 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya
qeyri-müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Mənbə: report.az