Rusiyadan Gürcüstana un idxalı 12 dəfə artıb
Gürcüstanda un idxalı artmaqda davam edir. Artım təkcə əvvəlki aylarla deyil, həm də ötən illə müqayisədə qeydə alınır.

Əsas idxalçı Rusiyadır. Ümumilikdə ölkə 45,2 milyon ABŞ dolları dəyərində 119 min 376 ton un alıb.

Gürcüstan 2022-ci ilin yanvar-avqust aylarında Rusiyadan 44,431 min ABŞ dolları dəyərində 118,110 ton un alıb. 2021-ci ilin eyni dövründə 3,459 min ABŞ dolları dəyərində 12,008 ton buğda və çovdar unu almışdı.

Digər idxal edən ölkələrə gəlincə, 8 ayın statistikası belə görünür:
  • Türkiyə - 499,35 min ABŞ dolları dəyərində 723 ton
  • Qazaxıstan - 92,22 min ABŞ dolları dəyərində 248 ton
  • İtaliya - 106,21 min ABŞ dolları dəyərində 101,5 ton
  • Ukrayna - 39,7 min ABŞ dolları dəyərində 87,3 ton
  • Litva - 39,5 min ABŞ dolları dəyərində 57,5 ton
  • Avstriya - 32,7 min ABŞ dolları dəyərində 40,5 ton
  • Fransa - 10,2 min ABŞ dolları dəyərində 8 ton
Qeyd edək ki, eyni zamanda buğda idxalı da artır. Məlumat üçün bildirək ki, 2022-ci ildə unun idxalında irimiqyaslı artıma Rusiyanın buğdaya tətbiq etdiyi gömrük vergisi səbəb olub.

Mənbə: BPN
Print ელ. ფოსტა
თეგები: #economy #georgia
FaceBook Twitter Google