Kobaxidze: Gürcüstanın Aİ-yə üzvlüyü şərəfi və müstəqilliyi bahasına başa gəlməməlidir
Gürcüstanın Avropa İttifaqına üzvlüyü ölkənin şərəfi və müstəqilliyi bahasına başa gəlməməlidir.

Bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.

“Bu yalnız şərəf və müstəqilliyin qorunması ilə mümkündür”, - deyə Kobaxidze əlavə edib.

Partiya sədri qeyd edib ki, “xaric agentlər haqqında” qanun qüvvəyə minməsə belə böyük nəticələr gətirib.

“Hər şeydən əvvəl hamı anladı ki, agent olmaq utancvericidir, kimin agenti olmağından asılı olmayaraq – Şimal, Qərb, Cənub ya da Şərq. Cəmiyyət indi xarici təsir agentlərini xalqın təsir agentlərindən daha yaxşı ayırd edə bilir”, -deyə Kobaxidze bildirib.

Mənbə: apa.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google