Diğomi massivində baş verən qətlə görə bir nəfər ittiham olunub
Diqmi massivində baş verən qətl hadisəsi ilə bağlı bir nəfərə qarşı cinayət işi açılıb.

Gürcüstan Prokurorluğunun məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, martın 24-də Tbilisidə, Diğomi massivinin 3-cü məhəlləsində, mübahisə zamanı təqsirləndirilən şəxs bıçaqla zərərçəkmişin bədənin müxtəlif hissələrinə bir neçə xəsarət yetirib. Zərərçəkmiş yerindəcə keçinib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin gün şübhəli şəxsi saxlayıblar. O, Gürcüstan Cinayət Məcəlləsinin 10 ildən 15 ilədək həbsi nəzərdə tutan 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Artıq prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət edib.

Mənbə: Netgazeti


Print ელ. ფოსტა
FaceBook Twitter Google