Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan
iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.
Tərəflər Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın
müsbət dinamikasını və ölkələr arasında mövcud olan strateji
tərəfdaşlığın əsas istiqamətlərini nəzərdən keçiriblər. Qeyd olunub
ki, Baş nazir siyasi dialoqun daha da gücləndirilməsinin
vacibliyini qeyd edib.
Görüş zamanı Gürcüstan və Azərbaycanın qlobal və regional
əhəmiyyətli
enerji, nəqliyyat və digər sahələrdə uğurlu birgə
iqtisadi layihələr həyata keçirdiyi vurğulanıb, gələcəkdə daha sıx
əməkdaşlığa hazırlıq ifadə edilib.
Görüş zamanı Gürcüstanın investisiya potensialına diqqət yetirilib.
Qeyd olunub ki, Gürcüstan hökumətinin prioritet istiqamətlərindən
biri ölkənin tranzit funksiyasını gücləndirmək və regional
logistika qovşağı formalaşdırmaqdır. Söhbət zamanı
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin yeni xəttinin tikinti
işlərinin sürətlə aparılmasının vacibliyi vurğulanıb.
Baş nazir Azərbaycan nümayəndə heyətini bu ilin payızında Tbilisidə
keçiriləcək “İpək Yolu Forumu”na dəvət edib.
Hökumət administrasiyasında keçirilən görüşdə Gürcüstan baş
nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri
Levan Davitaşvili, Gürcüstanın Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Zurab Pataradze, Azərbaycanın Gürcüstandakı
fövqəladə və səlahiyyətli səfir Faiq Quliyev iştirak edib.