Şolts: “Aİ Gürcüstana namizəd statusu verməyə hazırdır”
Avropa İttifaqı (Aİ) genişlənməyə, o cümlədən Gürcüstana ittifaqa üzvlük üçün namizəd statusunun verilməsinə hazırdır.

Bu barədə jurnalistlərə açıqlamasında Almaniya Kansleri Olaf Şolts bildirib.

Brüsseldə Aİ-nin sammiti başlayıb və burada digər məsələlərlə yanaşı, Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı qərar qəbul olunacaq.

“Aİ-nin qərarı ondan
ibarətdir ki, biz genişlənməyə hazırıq və bunu Balkan ölkələri, Moldova, Ukrayna və Gürcüstanla bağlı nəzərdən keçirəcəyik”, -
O.Şolts deyib.

O əlavə edib ki, Aİ Avropa Komissiyasının təklif etdiyi genişlənməni dəstəkləyir.
Print ელ. ფოსტა
FaceBook Twitter Google