Zurabişvili gələn il parlament seçkilərində iştirakını istisna etməyib
Gürcüstan Prezidenti Salome Zurabişvili 2024-cü il parlament seçkilərində iştirakını istisna etmir.

Prezident bu barədə “Azadlıq radiosu”nun Praqa ofisinə müsahibəsində bildirib.

“Əgər Gürcüstanın
Avropa gələcəyi sual altına düşərsə mən hər şeyi nəzərdən keçirəcəyəm”, -
Zurabişvili deyib.

O, əlavə edib ki, ölkəyə siyasi konsensusun geri qaytarılması məqsədilə prezidentlik dövrünü sona qədər davam etdirmək niyətindədir.

Mənbə: apa.az

Print ელ. ფოსტა
FaceBook Twitter Google