Dekabrın 16-na kimi hava necə olacaq - Milli Ekologiya Agentliyinin proqnozu
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, dekabrın 15-dək Gürcüstanda yağışlı hava şəraiti qorunacaq. Dekabrın 15-də Qərbi Gürcüstan düzənliyində gündüz maksimal temperaturu +22 dərəcəyə qədər yüksələcək. Gürcüstanın şərqində nisbətən soyuq hava şəraiti gözlənilir.

Tbilisidə dekabrın 12-13-də yağış yağacağı, duman olacağı, dekabrın 14-15-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +10, +12 dərəcə təşkil edəcək.

Sahil rayonlarında
(Batumi, Kobuleti, Anaklia, Poti): dekabrın 15-dək fasilələrlə yağış yağacaq. Dekabrın 15-də hava aydın və isti olacaq.

Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): dekabrın 15-dək arabir yağış yağacaq. Dekabrın 15-də hava aydın və isti olacaq.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): dekabrın 15-dək arabir yağış yağacaq. Dekabrın 15-də hava aydın və isti olacaq.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): dekabrın 15-dək qar yağacağı, dekabrın 15-də isə havanın düzələcəyi gözlənilir.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): dekabrın 15-dək yağmurlu hava olacaq. Havanın temperaturu gündüz +10, +12 dərəcə təşkil edəcək.

Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): dekabrın 15-dək yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedoplistskaro): dekabrın 15-dək yağıntı gözlənilir. Havanın temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): dekabrın 15-dək qar, duman və çovğun gözlənilir. Havanın temperaturu gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Mənbə: Tabula
Print ელ. ფოსტა
FaceBook Twitter Google