Gömrükçülər külli miqdarda bəyan edilməmiş qızıl malların ölkəyə gətirilməsi cəhdlərinin qarşısını alıblar
Gürcüstan və xarici ölkə vətəndaşlarının həm fiziki, həm də şəxsi baqajlarına ətraflı baxış nəticəsində Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük əməkdaşları tərəfindən gömrük-keçid məntəqələrində - Kutaisi Hava Limanı” və "Sadaxlı avtomobil yolunda" cəmi: 468,15 qram qızıl aşkar edilib. Bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

“Deklarasiya edilməmiş malların ümumi gömrük dəyəri 47 146,64 lari təşkil edib.
Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə uyğun olaraq qanun pozuntusuna yol vermiş 2 vətəndaş sanksiya qismində 28 458,07 lari məbləğində cərimə edilib, xarici ölkə vətəndaşı olan bir qanun pozucusunun iş materialları məhkəməyə çıxarılıb".

Əlavə münasibət bildirilməsi üçün Maliyyə Nazirliyinin İstintaq xidmətinə təhvil verilib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google